Namazı dəyişdirib, rükunu ləğv edən ilahiyyatçı ilə DEBAT
Yeni namaz cədvəli ənənəvi namazdan nə ilə fərqlənir?
İlahiyyatçı nə üçün rükunu ləğv edib?
Namazın qılınma qaydalarını dəyişdirmək olarmı?
Namaz islamın gətirdiyi ibadət deyil?
“Namaz islamın vacib buyurduğu əməllərdən biridir. Bu barədə “Qurani-Kərim”də bir çox ayə var. Müqəddəs kitabımızda ibadətin hökmü və əhəmiyyəti ilə bağlı yetərincə məlumat tapmaq olar. Lakin namazın qılınma qaydalarını ətraflı şəkildə ancaq hədislərdən öyrənə bilərik. Çünki ibadətin geniş təfərrüatı ayələrdə gəlməyib”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Fazil Əhmədli “Yaşıl orta” verilişində deyib. Namazın müzakirə olunduğu debatda digər ilahiyyatçı Ramil Rəcəb də iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı fikirlərini bölüşüb. F.Əhmədli bildirib ki, hər ilahiyyatçı “Qurani-Kərim”ə əsaslanaraq özündən yeni namaz qaydaları tərtib edə bilməz: “Əvvəla onu deyim ki, bu çox ciddi məsuliyyət tələb edən işdir. Belə bir məsələdə ancaq uzun illər elmlə məşğul olan alimlər hökm çıxara bilər. Əsrlərdir müsəlmanlar namaz qılır və bu ibadətin qəbul olunmuş bir qaydası var. Bu qaydalara dəyişiklik etmək olmaz. Dinə görə hər yenilik bidət, hər bidət isə cəhənnəm odudur. Kim ənənəvi namazı dəyişdirib, özü bildiyi kimi qılsa bidət sayılır”.
İlahiyyatçı həmçinin qeyd edib ki, müsəlmanlar namazı peyğəmbərin qıldığı kimi icra edirlər: “ Allah rəsulu necə qılıbsa, müsəlmanlar da ona baxıb elə qılıb və bu ənənə nəsildən nəslə ötürülərək bu günümüzədək gəlib çıxıb. Namazın qaydalarını isə Allahın buyruğu ilə peyğəmbərimiz müəyyən edib və insanlara öyrədib. Heç bir ilahiyyatçı bu qaydalara müdaxilə edə bilməz. Belə bir cəhd şeytan əməlidir”.
Digər ilahiyyatçı Ramil Rəcəb isə namazı nə üçün dəyişdirdiyini izah edib: “Mən hesab edirəm ki, bilinən namaz qaydalarında artıq ritullar var. Onları çıxarıb, hər iki məzəbin elementlərini özündə ehtiva edən yeni bir namaz qaydalarını tərtib etmişəm. Məsələn, mənim hazırladığım namaz cədvəlində rüku yoxdur, bunu çıxarmışam. Çünki müsəlman Allahın qarşısında sadəcə səcdə şəklində tam əyilməlidir. Yarımçıq əyilmək, yəni rüku doğru deyil. İbadət fərdi əməldir və düşünürəm ki, müsəlman qıldığı namazı dəyişdirə bilər. Buna kimsənin qarışmağa haqqı yoxdur”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub