İslam bəd nəzəri qəbul edir? 40 yaşı qeyd etmək bədbəxtlik gətirir?
Göz muncuğu nə zaman haramdır?
İslamda bəd nəzərdən qorumağın hansı yolları var?
Bayquş ulaması, axşam dırnaq kəsmək bədbəxtlik gətirirmi?
İslamın ulduz falına münasibəti.
Bürclərin, 13 rəqəminin insana təsiri varmı?
Günah olan toy adətlərimiz...
“Məntiqi və dində əsası olmayan bütün inanclar batildir. Buna xurafat və möhvumat da deyə bilərik. Çox ciddi mövzudur. Çünki bəzi inanclar nəinki günaha səbəb olar, hətta müsəlmanı dindən də çıxara bilər”.
Bunu ilahiyyatçı Rövşən Məmmədov “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, bizim toplumda insanların etiqad etdiyi bir sıra batil inanclar var: “ Buna misal olaraq göz muncuğunu qeyd edə bilərik. Əgər müsəlman bir muncuğun onu qoruyacağına inanırsa, bu şirk sayılır. Yəni Allaha şərik qoşmuş olur. İslama görə tək qoruyan uca Yaradandır və heç bir daş parçasının qoruyucu gücü yoxdur. Dinimiz bəd nəzərin varlığını qəbul edir, haqq sayır. Bu inkarolunmaz məsələdir. Amma bəd nəzərdən qorunmağın yolları muncuq, tikan, dağdağan kimi vasitələr deyil”.
İlahiyyatçı qeyd edib ki, bəd nəzərdən bir neçə üsulla qorunmaq olar: “ Əgər kimsə bir gözəlliyə baxırsa, mütləq “maşallah” deməlidir. Bu insana zərər verə biləcək mənfi enerjinin qarşısını alır. Birinə bəd nəzər dəyibsə, onu ruqiyyə, yəni dualarla müalicə etmək olar. Bunun üçün dəstəmaz alınmalı, həmin dəstəmazın suyu ilə bəzər tutmuş insan yuyunmalıdır. Unutmayaq ki, hətta valideynin də öz övladına gözü dəyə bilər”.
R.Məmmədov digər batil inanclarla bağlı da sualları cavablandırıb: “ Axşam dırnaq kəsmək, qapıdan nal asmaq, tək-cür səbir, gəlinin başından qənd tökmək, toy günü boşqab sındırmaq, 40 günü çıxanadək körpəni üzə çıxarmamaq da batil inanclardandır. Bunların islamla heç bir əlaqəsi yoxdur. Amma peyğəmbərimiz buyurur ki, kəsilən saç və dırnaqlarınızı torpağa basdırın ki, cinlər bundan istifadə edib, sizə zərər verməsin. Eləcə də rəqəmlərin insan həyatına təsirindən söhbət gedə bilməz. 13 rəqəmi ilə bağlı inanclar sırf xristianlıqla bağlı düşüncələrdir, islama aidiyyatı yoxdur”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub