Kimlər oruc tutmaya bilər, günah yazılmaz?
Dənizdə üzmək, diş fırçalamaq, saçı yumaq və boyamaq orucu pozurmu?
Oruc tutanın yanında yeyib-içmək günah sayılırmı?
Hansı gün oruc tutmaq haramdı?
“Oruc islamın vacib buyurduğu ibadətlərdən biridir. Ramazan ayı yetişəndə sağlamlığı imkan verən hər bir müsəlman oruc tutmalıdır”.
APATV-nin məlumatına görə, bunu ilahiyyatçı Hacı Şahin Həsənli “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, səhhətində problem olan insanlar bu ibadətdən azaddır: “ Lakin bu icazə hər xəstəliyə aid deyil. Belə bir önəmli məsələdə mütləq şəkildə həkimlə məsləhətləşmək lazımdır. Əgər mütəxəssis oruc tutmağın orqanizmə zərər verəcəyini təyin etsə, o zaman oruc tutmamaq olar. Bu şərt hamilə qadınlara da aiddir. Eləcə də əgər südəmər uşağı olan ananın oruc tutarkən südü azalırsa, ibadəti yerinə yetirməyə bilər”.
İlahiyyatçının sözlərinə görə, bütün ibadətlər Allah rizası üçün və könüllü olmalıdır: “ Kimsəni, o cümlədən də uşaqları oruc tutmağa məcbur etmək olmaz. Bu dinin prinsiplərinə ziddir. Azyaşlı övladlarınız da oruc tutmaq istəsə, icazə verin tutsunlar. Tam müddət olmasa da bir neçə saat oruc qala bilərlər”.
Ş.Həsənli orucun fəzilətləri barədə də ətraflı məlumat verib: “ Oruc tutan adam qəribə bir azadlıq, sevinc hissi keçirir. Əslində bütün ibadətlər insana sevinc bəxş edir. Oruc tutan müsəlman üçün iki sevinc var, bir iftar sevinci, bir də qəbirdən Allahın hüzuruna qalxdığı zamanın sevinci. Bundan başqa Allah yalnız bu ibadət haqqında buyurur ki, oruc mənim üçündür, mükafatını mən verəcəyəm. Oruc tutan Yaradanla görüş şərəfinə nail olur. Oruc bizi Allaha o qədər yaxınlaşdırır ki, qəlb gözümüzlə onu müşahidə etmək imkanımız yaranır. Hədislərdə bildirilir ki, oruc həm də Cəhənnəm odu qarşısında bir sipərdir. Cəhənnəm odu deyildikdə günah odu nəzərdə tutulur. Ramazan ayı insanı istər-istəməz günah əməllərdən çəkindirir”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub