Qəza orucu yoxdur? - Hacı İlqar İbrahimoğlu cavablandırır
Çox savab iş görmək, iftar süfrəsi açmaq orucu əvəz edirmi?
Orucun digər ibadətlərdən üstünlüyü varmı?
Sadəcə ac-susuz qalmaq oruc üçün bəs edirmi?
Yalan demək, pis söz danışmaq orucu batil edirmi?
“Oruc Allahın vacib buyurduğu əmrlərdən biridir və bu ibadətə bizi Rəbb özü dəvət edir. “Bəqərə” surəsinin 183-cü ayəsində belə bildirilir: “ Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz”. Ramazan yetişəndə uca Yaradan hər bir imanlını bu ibadətə çağırır”.
APA TV-nin məlumatına görə, bunu Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri, ilahiyyatçı Hacı İlqar İbrahimoğlu “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, Ramazanı digər aylardan üstün edən bir sıra fəzilətləri var: “ Bu ay dünya və axirətimiz üçün xeyirli fürsətlərlə doludur. Hər birimiz bu fürsətlərdən yararlanmağa dəvətliyik. Dini mənbələrdə orucun faydalarından geniş bəhs olunur. Məsələn, etdiyimiz ibadətlər, o cümlədən oruc qəbir evinə də bizimlə girəcək və sorğu-sual zamanı bizi müdafiə edəcək. Eləcə də qiyamət günü oruc tutanlar məzardan gözəl qoxu ilə qalxacaqlar. Hər kəs bu qoxudan biləcək ki, onlar oruc tutan müsəlmanlar olub. Ramazanda dünya və axirətimiz üçün bu kimi bir çox fövqəladə faydalar var”.
İlahiyyatçı orucun şərtləri barədə də ətraflı məlumat verib: “ Tək ac-susuz qalmaq ibadət üçün bəs etmir. Bu tələb olunan minimal şərtdir. Mükəmməl oruc isə kompleks şəkildə ibadət deməkdir. Məsələn, dilin, qulağının, gözün də oruc olmalıdır. Yəni qulağını qeybətdən, gözünü haramdan, dilini günahdan qoruyacaqsan. Bu cür oruc kamil oruc sayılır və müsəlman belə bir ibadətə can atmalıdır”.
İ.İbrahimoğlunu orucun savabını azaldan əməllərdən də bəhs edib: “ Etdiyimiz günah işlər ibadətin savabına təsir göstərir. Eləcə də yalan deməyin, pis söz danışmağın da zərəri var. Bu ayda mümkün qədər çox savab qazanmağa çalışmalıyıq. İftar süfrəsi açmaq savabdır. Amma çox iftar süfrəsi açmaq, xeyir iş görmək orucu əvəz etmir”.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Niderlanda yeni səfir təyin edildi
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir
Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub
Prezident İlham Əliyev və Məsud Pezeşkian nələri müzakirə etdilər
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Dövlət Bayrağı Meydanı və Muzeyinin idarəçiliyi dəyişir
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir
Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər
Kriptovalyuta müsadirə edildi, təqsirləndirilənlər 35 mln. manatdan çox cərimələndi
Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətləri: Xəzərdə YENİ KOORDİNASİYALI REGİONAL MƏKAN yaranır
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub