Azərbaycan diri heyvan ixracını 30% artırıb

Azərbaycan diri heyvan ixracını 30% artırıb
# 16 aprel 2024 15:57 (UTC +04:00)

Cari ilin yanvar-mart aylarında Azərbaycan 209.26 min ABŞ dolları dəyərində diri heyvan ixrac edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında diri heyvan ixracında 29.9 % artım qeydə alınıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin (DGK) istinadən xəbərinə görə, rüb ərzində Azərbaycana 12 906.25 min ABŞ dolları dəyərində diri heyvan idxal edilib. Bununla da diri heyvan idxalı ümumi idxalın 0.35 %-i təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında diri heyvan idxalında 13.5 % azalma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR