Abşeronda piyada qadın vurulub

Abşeronda piyada qadın vurulub
# 23 fevral 2017 20:46 (UTC +04:00)

Abşeron rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Məhəmmədi kəndi ərazisində, Məhəmmədi-Kürdəxanı yolunda qeydə alınıb.

29 yaşlı Əhmədova Vüsalə Nəriman qızı ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, vurulan piyada dərhal reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR