Pakistanda yol qəzasında 13 nəfər ölüb

Pakistanda yol qəzasında 13 nəfər ölüb
# 08 yanvar 2017 12:42 (UTC +04:00)

Bu gün Pakistanda mikroavtobus minik avtomobili ilə toqquşub.

APA-nın SAMAA telekanalına istinadən verdiyi məlumata görə, Pakistanın şimal-şərqində yerləşən Pəncab əyalətində baş verən qəza zamanı ən azı 13 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Qəza minik avtomobilinin təkərlərinin birinin şininin partlamasından sonra minik avtomobilinin yolun əks istiqamətinə çıxması nəticəsində baş verib. Yüksək sürətlə hərəkət edən sərnişin mikroavtobusu qəfil yola çıxan minik avtomobilinə çırpılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR