ABŞ-ın hərbi gəmisi Yəmən ərazisindən həftə ərzində üçüncü dəfə atəşə tutulub

ABŞ-ın hərbi gəmisi Yəmən ərazisindən həftə ərzində üçüncü dəfə atəşə tutulub
# 16 oktyabr 2016 02:33 (UTC +04:00)

Bakı-APA. ABŞ-a məxsus “USS Mason” hərbi gəmisi Yəmən ərazisindən son bir həftə ərzində üçüncü dəfə atəşə tutulub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, NBC telekanalının məlumatına əsasən, insident oktyabrın 16-sı səhər saatlarında baş verib. Gəmi istiqamətində azı bir raket buraxılıb, lakin heyətin təcili reaksiyası nəticəsində gəmiyə zərər dəyməyib.

Raket konkret hansı məntəqədən buraxıldığı barədə məlumat verilmir.

Qeyd edək ki, ABŞ gəmisi bundan əvvəl oktyabrın 10-da və 12-də atəşə tutulub. Pentaqon raketlərin üsyançı husilərin nəzarəti altında olan ərazidən buraxıldığını iddia edib. Lakin husilər gəmiyə hücumla əlaqəli olduqlarını təkzib ediblər.

Oktyabrın 13-də ABŞ təyyarələri Yəməndəki üç RLS (radiolokasiya stansiyası) obyektinə zərbələr endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR