Bu il Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 47 milyondan artıq müraciət olunub

Bu il Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 47 milyondan artıq müraciət olunub
# 30 dekabr 2019 14:23 (UTC +04:00)

“2019-cu il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 47 milyondan artıq müraciət olub, 712 min xəstə stasionar müalicəyə cəlb edilib. Bu il 8 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə edib”.

APA-nın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyinin ilin yekun kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

O bildirib ki, bu ildə uşaqların 91 faizdən çoxu müayinələrə cəlb olunub: “Tibbi müayinədən keçirilən uşaqların 4 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 0,9 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR