Şəkidə 31 yaşlı qadını sahibsiz it dişləyib

Şəkidə 31 yaşlı qadını sahibsiz it dişləyib
# 13 may 2018 17:00 (UTC +04:00)

Bu gün saat 16 radələrində rayonun Qoxmuq kənd sakini, 1987-ci il təvəllüdlü Nübar İmaməddin qızı Osmanova it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Xəstəxanadan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata əsasən, müayinə zamanı 31 yaşlı N. Osmanovaya yaşadığı kəndin ərazisində sahibsiz it hücum edərək onun hər iki yuxarı ətrafını dişləməsi məlum olub.

N. Osmanovaya lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR