Gəncə Avtomobil Zavodunda 10 mininci traktor konveyerdən çıxıb

Gəncə Avtomobil Zavodunda 10 mininci traktor konveyerdən çıxıb
# 02 aprel 2018 14:20 (UTC +04:00)

Gəncə Avtomobil Zavodunda 10 mininci traktor konveyerdən çıxıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu münasibətlə “Gəncə Avtomobil Zavodu” İB-də keçirilən tədbirdə Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Belarus baş nazirinin müavini Vladimir İliç Semaşko, Belarus baş nazirinin müavin köməkçisi Veliyev Serqey Camaloviç, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev, Minsk traktor zavodu ASC-nin baş direktoru Fyodor Aleksandroviç Domatenko, “Minsk Avtomobil Zavodu” ASC-nin direktoru Dmitriy Stepanoviç Kateriniç iştirak ediblər.

Qonaqlar öncə İB-də yaradılan şərait, traktorların yığım prosesi ilə yaxından tanış olublar. E.Vəliyev 2006-cı ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyevin Belarusa səfəri zamanı iki dövlət arasında qurulan iqtisadi əlaqələr nəticəsində bu gün Gəncə Avtomobil Zavodunda qazanılmış uğurlardan danışıb. Bildirib ki, Minsk Avtomobil Zavodu ilə bağlanmış müqavilə şərtlərinə əməl olunaraq 2007-ci il martın 27-də Gəncə zavodunda ilk “Belarus” traktoru, bu gün isə 10 mininci traktor konveyerdən çıxıb.

Y.Eyyubov Belarusun baş nazirinin müavini Vladimir İliç Semaşko iki ölkə arasında əməkdaşlığın artan templə inkişaf etdiyini və bundan sonra əlaqələrin daha da dərinləşəcəyini bildiriblər. Həmçinin Y.Eyyubov ölkə rəhbərinin tapşırığına əsasən “Gəncə Avtomobil Zavodu” İB-nin işçilərinin əmək haqlarının 15% artırıldığını diqqətə çatdırıb.

X.Fətiyev zavodda həyata keçirilən müştərək layihələrin səmərəli nəticələr verdiyindən məmnunluq ifadə edilərək deyib ki, bu cür qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da davam etdiriləcək. “Minsk traktor zavodu” ASC-nin baş direktoru Fyodor Aleksandroviç Domatenko vurğulayıb ki, burada yığılan avtomobillərin yüksək keyfiyyətlə xarici ölkələrə ixrac edilməsi də təqdirə layiq haldır. Çıxışlardan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Tədbirin sonunda 10 mininci traktor konveyerdən çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR