İranda Ukrayna təyyarəsinin vurulmasına görə həbslər başlayıb

İranda Ukrayna təyyarəsinin vurulmasına görə həbslər başlayıb
# 14 yanvar 2020 11:56 (UTC +04:00)

İranda Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması ilə əlaqədar bir neçə nəfər həbs olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili mətbuat konfransında deyib.

O bildirib ki, həbs edilən şəxslərin dindirilməsi və məlumatların araşdırılması davam edir.

Q. İsmaili qeyd edib ki, təyyarənin qara qutusu İran və Ukrayna mütəxəssislərindən ibarət heyət tərəfindən Fransaya aparılıb: “Qara qutunun oxunması ilə məsələ daha da aydınlaşacaq”.

Qeyd edək ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması ilə bağlı məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR