"Bakı Avtomobil" zavodunda yanğın olub

"Bakı Avtomobil" zavodunda yanğın olub
# 01 avqust 2017 06:46 (UTC +04:00)

Bakı şəhəri, Xətai rayonunda "Bakı Avtomobil" zavodunun ərazisində 1000 kvadratmetr sahədə qamışlıq və 50 ədəd istismara yararsız avtomobil şinləri yanıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər və yaxınlıqdan keçən dəmiryolu xətti yanğından mühafizə olunub.


Yanğın saat 00:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR