Bakıda bıçaqlanma olub

Bakıda bıçaqlanma olub
# 02 sentyabr 2017 01:53 (UTC +04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, insident Bülbülə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, Məmmədov Kamran Əhməd oğlu bıçaqlanıb. Xəsarət alan şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Polis əməkdaşları hadisə yerində olublar. Kamran Məmmədovu bıçaqlayan şəxs saxlanılıb. Onun ruhi xəstə olduğu və hadisəni heç bir səbəb olmadan törətdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR