Novruz Məmmədov: “Azərbaycan kiçik müsəlman dövləti olsa da, böyük işlər görür”

Novruz Məmmədov: “Azərbaycan kiçik müsəlman dövləti olsa da, böyük işlər görür”
# 22 fevral 2017 09:01 (UTC +04:00)

”Azərbaycan böyük geosiyasi rəqabətin, böyük dövlətlərin maraqlarının toqquşduğu regionda yerləşir”.


APA-nın məlumatına görə, bu sözləri “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqa böyük töhfələr verib: “Enerji sahəsində təhlükəsizliyini təmin edən və dünyada enerji təhlükəsizliyinin qorunmasına mühüm töhfə verən Azərbaycan müstəqil siyasət həyata keçirir. Azərbaycan kiçik, müsəlman dövləti olsa da, böyük işlər görür. Dünya siyasi səhnəsində belə dövlətə rast gəlmək çox çətindir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR