Naməlum şəxs Berlinin mərkəzində atəş açıb

Naməlum şəxs Berlinin mərkəzində atəş açıb
# 30 dekabr 2019 18:13 (UTC +04:00)

Naməlum şəxs Almaniyanın paytaxtı Berlinin mərkəzində yerləşən mağazada atəş açıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə şəhər polisi “Twitter”də bildirib.

Məlumata görə, hadisə Fridrixştrasse rayonunda, şəhərin görməli yerlərindən olan “Çekpoynt Çarli” nəzarət-buraxılış məntəqəsinin yaxınlığında baş verib.

“Hazırda Fridrixştrasse rayonunda əməliyyat keçirilir. İlkin məlumata görə, naməlum şəxs mağazalardan birində bir neçə dəfə atəş açıb”, – məlumatda qeyd edilib.

Hadisənin soyğun məqsədi ilə törədildiyi ehtimal edilir. Hüquq-mühafizə orqanları vəziyyəti nəzarətə götürüb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR