Lənkəranda 3 il əvvəl yanmış meyiti tapılan qadını qonşularının öldürdüyü məlum olub

Lənkəranda 3 il əvvəl yanmış meyiti tapılan qadını qonşularının öldürdüyü məlum olub
# 31 dekabr 2016 09:42 (UTC +04:00)

Lənkəran rayonunun Şürük kəndində yaşayan Zəngilan rayon sakini Fəxriyyə Hüseynovanın 2013-cü il may ayının 15-də evində sobanın üstündə yanmış meyiti tapılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə qeyd edilən tarixdə F.Hüseynovanın evinə qarət məqsədilə gəlmiş qonşuları Elgün Həşimov, Yaqut Əliyeva və Xanım Həsənovanın onu elektrik sobasının üstünə itələyib yıxaraq oradan 9100 manat pul və qızıl əşyalar aparmaları müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə E.Həşimov, Y.Əliyeva və X.Həsənova saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR