"Goldman Sachs" investisiya üçün dörd ən cəlbedici valyutanı açıqlayıb

"Goldman Sachs" investisiya üçün dörd ən cəlbedici valyutanı açıqlayıb
# 06 yanvar 2017 12:12 (UTC +04:00)

“Goldman Sachs Group Inc." investisiya bankı investorlara Braziliya, Rusiya, Hindistan və Cənubi Afrika valyutalarına investisiya yatırmağı tövsiyə edir. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə bankın açıqlamasında deyilir.

Bankın analitiklərinin fikrincə, 2017-ci ildə Çin yuanının məzənnəsində "2016-cı ilə paralel" olan geriləmə müşahidə olunacaq.

Çin, Cənubi Koreya və digər Asiya ölkələri ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən sonra yürüdəcəyi siyasətə həssaslıqla yanaşır. Analitiklər hesab edir ki, Braziliya, Rusiya, Hindistan və Cənubi Afrika daha az riskli mövqedədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR