Qubada müəllimlər üçün təlimlər keçirilir

Qubada müəllimlər üçün təlimlər keçirilir
# 30 sentyabr 2017 10:23 (UTC +04:00)

Qubada Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Paris Sorbonn Universitetinin "İnteraktiv Tədris Metodları Universitet Sistemində" adlı birgə layihəsi çərçivəsində təlimlərə start verilib.


Tədbirdə Sorbonn Universitetinin Magistratura Proqramlarının rəhbəri, Fransa Milli Elmlər Akademiyasının üzvü, Florent Pratla Pratlong, ali təhsil ocağının Əbu -Dabi rektorunun Biznesin İnkişafı üzrə müşaviri İmran Muxtarov, tədris və innovasiyalar üzrə beynəlxalq dərəcəli mütəxəssis İlfanə Pənahova , ADPU Quba filialının direktoru Əli Allahvediyev, İbtidai təhsil, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq, Filologiya, Riyaziyyat və informatika, Kimya və biologiya, Fizika və texnologiya, Tarix və coğrafiya fakültələrindən 80-ə yaxın professor və müəllim heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə professor Əli Allahverdiyev açıb, təlimçilərə və tədbir iştirakçılarına uğurlar arzulayıb.

ADPU-nun Kimya-biologiya fakültəsinin dekanı Elnarə Mehbalıyeva bildirib ki, təlimlər 4 gün davam edəcək, 5-ci gün iştirakçılara sertifikatlar təqdim olunacaq.

Qeyd olunub ki, layihənin əsas məqsədi müəllim əsaslı deyil, tələbə əsaslı tədrisin inkişafına dəstəkdir.

Tədbiri çıxışı ilə davam etdirən Florent Pratla Pratlong layihənin iki universitet arasında təhsildə interaktiv tədrisin mexanizmlərinin müzakirəsi , ikili əməkdaşlıq çərçivəsində müasir kurikulumların yaradılması, dərs sillabuslarının formalaşdırılması, tədris prosesində müasir qiymətləndirmə mexanizmləri, tədrisdə keyfiyyətin artırılması istiqamətində müasir innovasiyaların, kreativliyin, 160-a yaxın müasir interaktiv tədris metodlarının təcrübə mübadiləsini də əhatə etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR