Rusiyada Azərbaycan vətəndaşı 21 il müddətinə azadlıqdan məhrum edilib

Rusiyada Azərbaycan vətəndaşı 21 il müddətinə azadlıqdan məhrum edilib
# 23 oktyabr 2017 12:28 (UTC +04:00)

Rusiyanın Həştərxan vilayətində iki nəfəri güllələyən Azərbaycan vətəndaşına hökm oxunub.

APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, bu barədə “Astrakhan.site” saytı məlumat yayıb.

Həmin şəxs ötən il oktyabrın 25-də Həştərxanda “Kalaşnikov” avtomatından qızıl alveri ilə məşğul olan qadını və bir kişini güllələyib.

Həştərxan vilayəti Prokurorluğunun mətbuat xidməti Azərbaycan vətəndaşının cinayətinin sübuta yetirildiyini və onun cəzasını ağır rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 21 il müddətinə azadlıqdan məhrum edildiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR