Azərbaycanda 6 ay sonra elektrik və istilik qurğularının yeni texniki istismar qaydası tətbiq ediləcək

Azərbaycanda 6 ay sonra elektrik və istilik qurğularının yeni texniki istismar qaydası tətbiq ediləcək
# 08 yanvar 2020 12:30 (UTC +04:00)

Nazirlər Kabineti “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nı təsdiqləyib.

APA-nın məlumatına görə, qərar “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.

Bu Qərar dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR