Bakıda saxlanılan şəxsin gizlətdiyi silah tapılıb - YENİLƏNİB

Bakıda saxlanılan şəxsin gizlətdiyi  silah tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 23 yanvar 2018 08:25 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Bakıda xüsusi üsulla torpağa basdırılaraq gizlədilən silahın tapılması faktı barədə məlumat açıqlayıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxil olan məlumat əsasında nazirliyin Baş Cinayət Axtarışı İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları tərəfindən Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə Bakı İstintaq Təcridxanasında cəza çəkən Vüqar Məmmədovun ətrafında aparılan tədbirlərlə o, silah gizlətməsini etiraf edib və yeri barədə məlumat verib.

Əməliyyat tədbirlərinin davamı olaraq Sabunçu rayonunun Pirşağı qəsəbəsinin 2-ci Sovxoz ərazisində həmin yerə baxış keçirilib və oradan qundağı və lüləsi kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.

***

10:35

Bakıda xüsusi üsulla torpağa basdırılaraq gizlədilmiş odlu silah aşkarlanıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən APA-ya verilən məlumata görə, əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu Pirşağı şossesi 2-ci Sovxoz ərazisində yerləşən yanğınsöndürmə məntəqəsi ilə üzbəüz şam ağacının altında xüsusi üsul ilə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd Rusiya istehsalı olan odlu silah – tüfəng aşkar edilərək götürülüb.

Fakt üzrə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR