Azərbaycanın Litvadakı səfiri Klaipeda şəhərinə səfər edib - FOTO

Azərbaycanın Litvadakı səfiri Klaipeda şəhərinə səfər edib - <span style="color: red;">FOTO
# 26 noyabr 2012 10:39 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin ən böyük şəhərlərindən olan Klaipeda şəhərinə səfər edib. Səfirlikdən APA-ya verilən xəbərə görə, H. Məmmədzadə Klaipeda meri Vitautas Grubliauskas, Klaipeda dövlət musiqi teatrının rəhbərliyi və bu şəhərdə yaşayan azərbaycanlı icmasının fəalları ilə görüşlər keçirib.

V. Grubliaskas ilə görüşdə şəhərlərarası, eləcə də bölgələrarası əməkdaşlığın vacibliyi qeyd olunub, Klaipeda ilə Azərbaycanın bir şəhəri arasında qardaşlıq əlaqələrinin qurulması, burada ənənəvi illik keçirilən mədəniyyət və incəsənət festivallarında Azərbaycan nümayəndələrinin iştirakı, soydaşlarımızın uşaqları üçün bazar günü məktəbinin açılması və bir çox qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Klaipeda dövlət musiqi teatrının rəhbəri Ramunas Kaubrys və teatrın kollektivi ilə keçirilən görüşdə Litva teatrının Azərbaycan opera və balet teatrı ilə əməkdaşlıq perspektivi, eləcə də klassik Azərbaycan operalarının Litvada səhnələşdirilməsi müzakirə edilib. “Arşın mal alan” operasının Litva dilində səhnələşdirilməsi üçün konkret məsəllər barədə fikir mübadiləsi aparılıb.

Klaipedanın “Azeris” cəmiyyətinin üzvləri, eləcə də burada yaşayan azərbaycanlılarla keçirilən görüşdə səfir soydaşlarımızı Litvanın ictimai, siyasi və mədəni həyatında daha fəal olmağa çağıraraq milli adət-ənənələrimizin yaşadılmasının vacibliyindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR