QHT-lərə Dövlət Dəstəyi Şurasının Katibliyinin 2013-cü il üçün xərclər smetası təsdiq edilib

QHT-lərə Dövlət Dəstəyi Şurasının Katibliyinin 2013-cü il üçün xərclər smetası təsdiq edilib
# 08 fevral 2013 15:25 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Nazirlər Kabineti (NK) "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin 2013-cü il üçün xərclər smetası"nı təsdiq edib. APA-nın NK-nın rəsmi saytına istinadən xəbərinə görə, smeta Nazirlər Kabinetinin 7 fevral tarixli qərarı ilə təsdiq edilib və yanvarın 1-dən qüvvəyə minib. QHT-lərə Dövlət Dəstəyi Şurasının Katibliyinin cəmi xərcləri 940000 manat təşkil edəcək.

Şuranın mətbu nəşrlərinin təsis olunması, xüsusi bülletenlərin buraxılması, konfransların, simpoziumların, forumların təşkil edilməsi, üzvlərin bu tədbirlərdə iştirakı ilə əlaqədar xidməti ezamiyyə, ekspertlərin qonorar xərclərinin ödənilməsi və fəaliyyəti ilə bağlı digər xərclərinə 338000 manat sərf olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR