Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “İDEF-2015” səgisində aviasiya bombaları nümayiş etdirib

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “İDEF-2015” səgisində aviasiya bombaları nümayiş etdirib
# 08 may 2015 14:09 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) İstanbulda keçirilən “İDEF-2015” XII beynəlxalq müdafiə sənayesi sərgisində müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazları nümayiş etdirib.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sərgidə MSN-nin nümayiş etdirdiyi məhsullar böyük maraqla qarşılanıb.

Sərgi çərçivəsində Müdafiə Sənayesi naziri Yavər Camalovun Türkiyənin yüksək vəzifəli şəxsləri, Pakistan, Tayland, Somali, Malayziya, Rumıniya və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri olub. Görüşlərdə müdafiə sənayesi üzrə yeni əməkdaşlıq əlaqələrinin yaradılması, mövcud əməkdaşlıqların inkişafına dair danışıqlar aparılıb və ümumi razılıqlar əldə edilib.

Sərgidə nazirliyin əməkdaşları tərəfindən tədbirə qatılan digər ölkələrin nümayəndə heyətlərinə 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumat verilib və dəvətlər çatdırılıb.

“İDEF-2015” sərgisinə qatılan Azərbaycanın müdafiə naziri Zakir Həsənov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət ediblər.

Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən digər ölkələrin nümayəndə heyətlərinə iyun ayında Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı geniş məlumatlar da verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR