Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivala dəvət alıb

Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivala dəvət alıb
# 26 sentyabr 2014 15:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Perm şəhərində keçiriləcək I Beynəlxalq Martin MakDonax Festivalına dəvət alıb. APA-nın məlumatına görə, oktyabrın 7-dən 14-dək davam edəcək festivalda teatrın kollektivi dramaturqun “Lineynin trilogiyası”na daxil olan “Yalqız Qərb” əsəri əsasında hazırlanmış eyni adlı tamaşa ilə çıxış edəcək.

Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Gülnar Hacıyeva, işıq üzrə rəssamı Maykl Manyon, quruluşçu rəssamı Elizabet Kuk, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları Nigar Məmmədova, Rasim Cəfərov, Anar Səfiyev, Vüsal Mehrəliyev ifa edəcəklər.

Festivalda həmçinin Moskva Teatrı, Sankt Peterburqun Böyük Dramatik Teatrı, Almaniya, Avstriya, Perm, Bosniya-Herseqovina, Çexiya, Polşa və digər ölkələrin teatr kollektivləri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR