ARDNŞ Gürcüstanın neft və qaz korporasiyasından 2 mln. kubmetr qaz alır

ARDNŞ Gürcüstanın neft və qaz korporasiyasından 2 mln. kubmetr qaz alır
# 08 iyul 2014 12:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı törəmə şirkəti olan “SOCAR Georgia gas Distribution” Gürcüstanın neft və qaz korporasiyasından 2 mln. kubmetr həcmində qaz alacaq.

APA-Economics”in məlumatına görə, bu barədə korporasiyanın yaydığı məlumatda deyilir.

Belə ki, bu həcmdə qaz şirkət tərəfindən hərracdan alınacaq. 1 000 kubmetr qazın əlavə dəyər vergisi daxil olmadan ilkin qiyməti 300 ABŞ dolları təşkil edib. Sonradan keçirilən hərrac nəticəsində qaz 305 dollar qiymətində satılıb.

Qeyd edək ki, belə bir hərracın keçiriləcəyi iyunun 30-da elan olunub. Hərrac isə iyulun 7-də baş tutub. Qalib şirkətlə saziş bu günlərdə imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR