Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Gəncəyə səfər ediblər

Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Gəncəyə səfər ediblər
# 04 oktyabr 2014 16:19 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Gəncəyə səfər ediblər. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncəyə gələn bir qrup xarici qonaq əvvəlcə şəhərin görməli yerləri ilə tanış olublar. Gəncə Qala Qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi, Nizami məqbərəsi və muzeyi, Məhsəti Gəncəvi Mərkəzi və Cavadxan məqbərəsində olan qonaqlar daha sonra Heydər Əliyev Mərkəzinə gəliblər. Onlar mərkəzdə yaradılan şəraitlə tanış olublar. Azərbaycanın görkəmli şairi Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olan nümayəndə heyəti daha sonra yubiley çərçivəsində keçirilən beynəlxalq konfransa qatılıblar. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamladıqdan sonra AMEA-nın Gəncə bölməsinin rəhbəri, akademik Fuad Əliyev “Millətlər və mədəniyyətlərarası dialoq” mövzusunda məruzə ilə çıxış edib. Digər çıxışçılar isə Vazehin yaradıcılıq irsinin tədqiqi və əsas xüsusiyyətləri haqda danışıblar. Macarıstan, ABŞ və Tacikistandan olan qonaqlar isə Vazehin xarici dillərə tərcümə olunmuş əsərlərinin dünya ədəbi irsinə bəxş etdiyi dəyər və prinsiplərdən bəhs ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR