KXCP Ali Məclisi İdarə Heyətinin 5 üzvü barədə qərar qəbul edib

KXCP Ali Məclisi İdarə Heyətinin 5 üzvü barədə qərar qəbul edib
# 07 oktyabr 2012 20:05 (UTC +04:00)
Partiyadan APA-ya verilən məlumata görə, sessiyanın gündəliyində ötən iclasda qəbul olunmuş qərarların icra vəziyyəti və ölkədəki ictimai siyasi vəziyyət müzakirə olunub.

KXCP Ali Məclisinin sədri Bəybala Əbil, sədrin müavinləri Xəzər Teyyublu və Aydın Mədətoğlu ötən dövrlə bağlı hesabatlar veriblər.

Daha sonra KXCP sədri Mirmahmud Mirəlioğlu ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib.

Ali Məclis Ədalət Yusubov, Rüfət Sahiboğlu, Fikrət Cəfərov, Qaya Əliyev və Rafiq Abdullanın İdarə Heyəti üzvlüyündən azad edilməsi haqqında qərar qəbul edib.

Ali Məclisin qəbul etdiyi bəyənatda ölkə həyatında baş vermiş son hadisələrə münasibət açıqlanıb, müsavatçı fəal Nigar Yaqublu, “Nida”çı Zaur Qurbanlının həbsi pislənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR