Bakının şimal girişində çəkilən alternativ yol gələn il istifadəyə veriləcək

Bakının şimal girişində çəkilən alternativ yol gələn il istifadəyə veriləcək
# 06 iyun 2012 10:22 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, magistral avtomobil yolu 6 zolaqdan ibarət olacaq: “Bu alternativ yol şimal istiqamətindən Bakıya daxil olan avtomobillərin dənizə yaxın olan kənd və qəsəbələrə giriş və çıxışını təmin edəcək”.

C.Qurbanov bildirib ki, artıq yolun Bilgəh qəsəbəsindən Kürdəxanıya qədər olan hissəsi hazırdır: “Alternativ yol Bilgəh qəsəbəsindən başlayaraq Bakı-Sumqayıt avtomobil yolunun 16-cı km-də, “VAZ” Servis Mərkəzinin yaxınlığında birləşəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR