Cəlilabadda 30 ha biçilmiş taxıl sahəsi yanıb

Cəlilabadda 30 ha biçilmiş taxıl sahəsi yanıb
# 08 iyul 2016 20:16 (UTC +04:00)

Bakı-APA. Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Əliqasımlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha biçilmiş taxıl sahəsi yanıb.

Ərazidəki taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR