Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında aksiyaya cəhd olub - FOTO

Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında aksiyaya cəhd olub - <span style="color: red;">FOTO
# 18 oktyabr 2013 10:57 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Beynəlxalq Diaspor Mərkəzi (BDM) Rusiyada həbs olunun Azərbaycan vətəndaşı Orxan Zeynalova işgəncələr verilməsinə etiraz olaraq Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd edib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, aksiya iştirakçıları “Rusiya azərbaycanlıların ikinci vətənidir”, “Rusiya, qanunun aliliyini tanı!” kimi şüarlar səsləndirib, Rusiyanı insan haqlarına hörmətlə yanaşmağa çağırıblar. Polisin müdaxiləsi nəticəsində aksiya baş tutmayıb.

BDM sədri İsmayıl Ağayev jurnalistlərə açıqlamasında məişət zəminində baş verən hadisədən Rusiyada yaşayan bütün azərbaycanlılara qaşı kampaniya məqsədilə istifadə olunmasını pisləyib.

Sonra aksiyanın qətnaməsi oxunub. Qətnamədə O. Zeynalov həbs olunarkən Rusiya hüquq-mühafizə orqanlarının kobudluğu insan haqlarına sığmayan davranış kimi qiymətləndirilib, son günlər Moskvada baş verən hadisələrin Azərbaycan-Rusiya münasibətlərinə uyğun gəlmədiyi diqqətə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR