«Unibank» onlayn kredit ödənişləri üzrə komissiya haqqı tutmayacaq

«Unibank» onlayn kredit ödənişləri üzrə komissiya haqqı tutmayacaq
# 26 dekabr 2013 12:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Unibank» ASC kreditlər üzrə müştərilər tərəfindən onlayn rejimdə həyata keçirilən ödənişlər zamanı heç bir komissiya tutmayacaq. «Unibank»dan «APA-Economics»ə verilən məlumata görə, bank müştərilərdən tutulan komissiya xərcini öz üzərinə götürüb.

Qeyd edək ki, indiyədək «MilliKart» Prosessinq Mərkəzinin üzvü olmayan bank kartları ilə onlayn kredit ödənişləri zamanı 1,18% əlavə komissiya tutulurdu.

«Unibank»da kredit ödənişləri bankın filiallarından başqa, onlayn rejimində, poçt şöbələrindən, «MilliÖn» və «Unibank»ın «cash-in» ödəniş terminallarında həyata keçirmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR