Bakı İstintaq təcridxanasında saxlanılan şəxsin ağzından narkotik vasitə çıxıb

Bakı İstintaq təcridxanasında saxlanılan şəxsin ağzından narkotik vasitə çıxıb
# 05 dekabr 2013 15:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1980-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 və 234.2 maddələri ilə təqsirli bilinərək həbs olunmuş şəxs Elnur Elman oğlu Məlikovun üzərinə baxış keçirilib. Bu zaman ağız boşluğunda gizlədilmiş şəffaf sellofan bükülüdə xalis çəkisi 0,970 qram olan narkotik vasitə - “Tiryək” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR