İranın Azərbaycandakı səfiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub

İranın Azərbaycandakı səfiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub
# 03 sentyabr 2014 14:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayini qəbul edib.

Komitədən APA-ya verilən məlumata görə, görüşdə komitə sədri İran-Azərbaycan münasibətlərinin tarixi köklərə və ortaq dəyərlərə əsaslandığı vurğulayıb.

İki ölkə arasında çoxtərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edən Möhsün Pak Ayin, Mübariz Qurbanlını DQİDK-ya sədr təyin edilməsi münasibətilə də təbrik edib.

Görüşdə Azərbaycan və İran arasında din sahəsində əməkdaşlıq, dini təhsil, həmçinin birgə tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR