İranda daha bir seçki koalisiyası yaradılıb

İranda daha bir seçki koalisiyası yaradılıb
# 15 aprel 2013 12:43 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranda daha bir seçki koalisiyası yaradılıb. APA-nın İran mətbuatına istinadən məlumatına görə, 5 mühafizəkar prezidentliyə namizədin yaratdığı koalisiya “Beşlik” adlanır.

Koalisiyaya İran prezidentliyinə namizədlər - İranın hazırkı vitse-spikerləri Məhəmmədrza Bahünər və Məhəmmədhəsən Əbuturabifərd, həmçinin İran Ticarət Palatasının sədri Yəhya əl-İshaq, keçmiş xarici işlər naziri Mənuçehr Mottəki və sabiq daxili işlər naziri Mustafa Purməhəmmədi daxildir. Koalisiya bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində ya bir neçə namizədlə iştirak edəcək, ya da marafona vahid namizədlə qatılacaq.

Qeyd edək ki, dörd ay əvvəl İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə baş müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti, ayətullah Xamneyinin qudası, parlamentin sabiq spikeri Qulaməli Həddad Adil və Tehranın hazırkı meri Məhəmmədbağır Qalibaf “2+1” seçki koalisiyası yaradıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR