FHN paytaxtda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

FHN paytaxtda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb
# 10 noyabr 2013 03:34 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) gecə saatlarında Bakının paytaxtında baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunda “Nissan” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olub ki, “Nissan” markalı minik avtomobilinin sürücüsü Vüsal Qurbanəli oğlu Həsənov hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünün cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əməliyyat saat 03:25-də başa çatmışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR