Azərbaycan qeyri-neft ixracının adambaşına həcmini 4,5 dəfə artıracaq

Azərbaycan qeyri-neft ixracının adambaşına həcmini 4,5 dəfə artıracaq
# 10 sentyabr 2013 09:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda adambaşına düşən qeyri-neft ixracının həcmi 2020-ci ilədək 1 000 ABŞ dollara çatdırılacaq. «APA-Economics»in məlumatına görə, bunu İqtisadi İnkişaf Nazirliyi strateji planlaşdırma şöbəsinin müdiri Səməd Bəşirli «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun birinci iclasında çıxışı zamanı bildirib.


Konsepsiyadan danışan Nazirlik rəsmisi qeyd edib ki, konsepsiya əsas 8 istiqaməti özündə əks etdirir: «Konsepsiyanın hazırlanması Milli Fəaliyyət Qrupuna tapşırılıb. Bu prosesə 37 dövlət qurumu - müxtəlif nazirliklər, komitələr cəlb olunub. Milli Fəaliyyət Qrupu ildə bir dəfədən az olmayaraq aparılan işlərlə bağlı prezidentə məlumat verəcək».


S.Bəşirli bildirib ki, Milli Fəaliyyət Qrupu ildə iki dəfə bütün qurumlardan görülən işlərlə bağlı hesabat alacaq və bununlv bvğlı yekun məruzə hazırlanaraq dövlət başçısına təqdim olunacaq. Artıq Mərkəzi Bank, Vergilər Nazirliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilkin hesabatlarını Milli Fəaliyyət Qrupuna təqdim edib. Bu tip strateji planlar 6 aydan bir hazırlanacaq.


S.Bəşirli vurğulayıb ki, Konsepsiyanın şərtlərinə görə, 2014-cü ildə 166 sənədin hazırlanması nəzərdə tutulur: «Layihənin hazırlanması çətin olsa da, onun təsdiq edilməsi də olduqca çətindir».

Qeyd edək ki, Azərbaycanın 2012-ci il üzrə tədiyyə balansına əsasən, qeyri-neft ixracının həcmi 1,9 mlrd. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR