Arseniy Yatsenyuk: “Terrorçular məqsədli şəkildə Donbassın infrastrukturunu məhv edirlər”

Arseniy Yatsenyuk: “Terrorçular məqsədli şəkildə Donbassın infrastrukturunu məhv edirlər”
# 20 avqust 2014 14:27 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. “Terrorçular Kremlin təlimatları əsasında hərəkət edərək Ukrayna iqtisadiyyatına zərbə vurmaq üçün məqsədli şəkildə Donbassın infrastrukturunu məhv edirlər”. APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın baş naziri Arseni Yatsenyuk Nazirlər Kabinetinin iclasında deyib.

“Rusiya Federasiyası tərəfindən dəstəklənən terrorçularla müharibə vəziyyətində sağlam maliyyə sektoru və iqtisadiyyat qurmaq çox çətindir. Biz hər gün iqtisadi potensialımızı itiririk”, - deyə hökumət başçısı bildirib.

A. Yatsenyuk separatçıların vacib obyektləri - körpüləri, dəmiryolu sistemini, elektrik stansiyalarını, kommunikasiya xətlərini məhv etdiklərini bildirib: “Aydındır ki, bu, bizim iqtisadiyyatımıza zərbə vurmaq üçün planlaşdırılmış hərəkətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR