“Azərbaycan teatrı-140” mövzusunda elmi-praktik konfrans keçiriləcək

“Azərbaycan teatrı-140” mövzusunda elmi-praktik konfrans keçiriləcək
# 06 noyabr 2013 16:53 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Noyabrın 27-də “Azərbaycan teatrı-140” mövzusunda elmi-praktik konfransın keçirilməsi qərara alınıb. APA-nın məlumatına görə, konfrans ölkə başçısının “Azərbaycan peşəkar milli teatrının yaradılmasının 140 illiyi haqqında” 1 mart 2013-cü il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə təşkil olunacaq.

AMEA Rəyasət Heyətinin qərarına əsasən konfransın təşkili işinə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Teatr Muzeyinin də cəlb olunması nəzərdə tutulur. Bütün bunlardan əlavə AMEA-nın Gəncə Regional Elmi Mərkəzinin bazasında Gəncə Elmi Bölməsi yaradılıb, Torpaqşünaslıq və Aqrokimya, Genetik Ehtiyatlar, Eroziya və Suvarma institutlarının yeni strukturları təsdiq olunub, Geologiya və Neft-Kimya Prosesləri İnstitutlarının strukturlarında isə dəyişikliklər edilib. Həmçinin, Neft-Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən Təcrübi- Sənaye Zavodunun bilavasitə Rəyasət Heyətinin tabeliyinə verilməsi haqqında qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR