Ukrayna hökuməti ölkənin blokdankənar statusunun ləğvini nəzərdə tutan qanun layihəsini Ali Radaya təqdim edib

Ukrayna hökuməti ölkənin blokdankənar statusunun ləğvini nəzərdə tutan qanun layihəsini Ali Radaya təqdim edib
# 29 avqust 2014 12:41 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Ukrayna hökuməti ölkənin blokdankənar statusunun ləğv edilməsini və NATO-ya inteqrasiyanın bərpasını nəzərdə tutan qanun layihəsini Ali Radaya təqdim edib.

APA - nın İTAR - TASS-a istinadən verdiyi məlumata görə, bunu Nazirlər Kabinetinin iclasında baş nazir Arseniy Yatsenyuk deyib.

“Ukraynanın blokdankənar statusunun ləğv edilməsi haqda qanun layihəsi parlamentə təqdim olunub. Qanun həmçinin Ukraynanın NATO-ya inteqrasiyasının bərpasını nəzərdə tutur”, – deyə A.Yatsenyuk bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR