Türkməneli Dərnəkləri Federasiyası İraq türklərinə yardım üçün müraciət edib - FOTO

Türkməneli Dərnəkləri Federasiyası İraq türklərinə yardım üçün müraciət edib - <span style="color: red;">FOTO
# 26 iyun 2014 13:34 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyədə fəaliyyət göstərən Türkməneli Dərnəklər Federasiyası İraq türklərinin üzbəüz qaldığı təhlükəni nəzərə alaraq, yardım üçün dünya ictimaiyyətinə müraciət edib . APA-nın məlumatına görə, bunu İraq Türkləri Kültür və Yardımlaşma Dərnəyinin İstanbuldakı mərkəzində keçirilən mətbuat konfransında çıxış edən Türkməneli Dərnəklər Federasiyasının başqanı Kamal Bayatlı deyib. K. Bayatlı son 1 ayda İraqın şimalında türkmən liderlərə qarşı həyata keçirilən sui-qəsdlər barədə məlumat verərək İŞİD terror təşkilatının Musula hakim olmasından sonra bölgədəki türkmənlərin vəziyyətinin hər cəhətdən ağırlaşdığını vurğulayıb. 200 min türkmənin Təlafər bölgəsini tərk etmək məcburiyyətində qaldığını xatırladan Kamal Bayatlı Türkiyənin göndərdiyi humanitar yardımın kifayət etmədiyini bildirərək dünya ictimaiyyətini bölgəyə yubanmadan humanitar yardım göndərməyə çağırıb. Türkməneli Dərnəklər Federasiyası başqanı Türkiyəni Şimali İraq Türklərinin taleyi ilə bağlı daha təsirli addımlar atmağa və Şimali Kiprdə olduğu kimi, Türkmən bölgələrində də təminatçılıq haqqı yaratmağa dəvət edib.

APA-nın əməkdaşının sualına cavab olaraq Kamal Bayatlı deyib ki, cərəyan edən proseslərdə türkmənlərin özlərini rahat hiss etmələri üçün Türkiyənin onlara hərtərəfli yardım və dəstəyi lazımdır: “Bölgədə hamının silahı var, türkmənlərdən başqa. Biz bu işin içində olan səlahiyyətli nümayəndələrə problemlərimizi daima çatdırırıq və ümid edirik ki, türkmən qardaşlarının təhlükəsizliyini təmin etmək üçün Ankara əlindən gələn hər şeyi edəcək. Bəzi partiyaların bölgəyə yardım üçün kampaniyaya başlamaları bizi məmnun edir. Yardım şəbəkəsinin genişləndirilməsini arzu edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR