Bakıda 61 yaşlı kişini 6 güllə vuraraq qətlə yetirən şəxs tutulub

Bakıda 61 yaşlı kişini 6 güllə vuraraq qətlə yetirən şəxs tutulub
# 31 avqust 2013 08:01 (UTC +04:00)

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1952-ci il təvəllüdlü Tofiq Əli oğlu Həsənovu qətlə yetirən qonşusu, 1972-ci il təvəllüdlü Güloğlan Cəfər oğlu Abbasov həbs olunub.

Qeyd edək ki, hadisə ötən gün Sabunçu Rayonu, Birinci Mədən küçəsində yeni tikilidə qeydə alınıb.

1952-ci il təvəllüdlü T. Həsənova naməlum şəxslər tərəfindən “Makarov” tipli tapançadan 6 dəfə atış açılıb.

T. Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Hazırda hadisənin baş vermə səbəbləri aydınlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR