Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub

Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub
# 17 sentyabr 2015 07:17 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda oğurluqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 31-də saat 20:30 radələrində Sadıqcan küçəsində 1983-cü il təvəllüdlü Bəhruz Məhərrəmova məxsus velosipedi yaşadığı mənzilin qarşısından oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Sərxan Musayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR