Zaha Hadid Heydər Əliyev Mərkəzi layihəsinin reallaşmasına görə Azərbaycan prezidentinə təşəkkür edib - FOTOSESSİYA

Zaha Hadid Heydər Əliyev Mərkəzi layihəsinin reallaşmasına görə Azərbaycan prezidentinə təşəkkür edib - <span style="color: red;">FOTOSESSİYA
# 01 iyul 2014 13:03 (UTC +04:00)

Bakı - APA. London Dizayn Muzeyinin 2014-cü il üzrə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, Bakının müasir simvollarından olan Heydər Əliyev Mərkəzi arxitektura sahəsində qalib elan olunub.

Londonda keçirilən mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifi, dünya şöhrətli memar Zaha Hadid bu memarlıq nümunəsinin layihəsinin reallaşmasında göstərdiyi dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya mükafatlandırma mərasimində iştirakına görə minnətdarlığını çatdıran Zaha Hadid bu gün Heydər Əliyev Mərkəzinin layihəsi, eyni zamanda fəaliyyəti ilə fərqləndiyini deyib və bu fəaliyyətə görə Mərkəzin direktoru Anar Ələkbərova təşəkkürünü bildirib.

Qeyd edək ki, Dizayn Muzeyi 2014-cü ildə 7 nominasiya üzrə qalibləri müəyyən edib. Müxtəlif sahələri əhatə edən münsiflər heyətinin qərarına əsasən, arxitektura üzrə 2014-cü ilin qalibi Heydər Əliyev Mərkəzinin binası seçilib. Dizayn Muzeyi tərəfindən yeddinci dəfədir ki, təsis olunan illik mükafat bu il bəzi ilklərə də imza atıb. Belə ki, Dizayn Muzeyi arxitektura sahəsində ilk dəfə nominasiya elan edib və bu il ilk dəfədir ki, Muzeyin mükafatına qadın namizəd sahib olub.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin binasının inşasına 2007-ci ildə başlanılıb. 2012-ci il mayın 10-da istifadəyə verilən Heydər Əliyev Mərkəzinin binası dünya memarlığının incilərindən sayılır. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR