ABŞ İraqa əlavə 300 hərbçi göndərəcək

ABŞ İraqa əlavə 300 hərbçi göndərəcək
# 01 iyul 2014 03:33 (UTC +04:00)

Bakı-APA. ABŞ Bağdaddakı səfirliyinin təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə İraqa əlavə 300 hərbçi göndərəcək. APA verdiyi xəbərə görə, bu barədə ABC News telekanalı məlumat yayıb.

“Əlavə qüvvələr səfirliyə diplomatik missiyasını davam etdirməyə imkan yaradacaq və İŞİD qüvvələri ilə mübarizədə İraq hökumətinə yardım edəcək”, deyə Pentaqonun mətbuat katibi kontr admiral Con Kirbi bildirib.

Qeyd edək ki, ABŞ bir müddət əvvəl İraqa bir qrup hərbi təlimatçı göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR