Yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində yanaraq ölən hərbçilərin adı məlum olub - YENİLƏNİB 1

Yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində yanaraq ölən hərbçilərin adı məlum olub - <span style="color: red;">YENİLƏNİB 1
# 26 fevral 2014 07:53 (UTC +04:00)

APA-nın qərb bürosunun məlumatına görə, “Ford” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşması nəticəsində “Mercedes”in sürücüsü, N saylı hərbi hissənin zabiti, İsmayıllı rayon sakini, 1986-cı il təvəllüdlü Nəzərov Elçin Tağı oğlu və sərnişin, həmin hərbi hissədə müddətdən artıq hərbi xidmət edən Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 1983-cü il təvəllüdlü Zeynalov Elçin Zakir oğlu yanaraq dünyalarını dəyişiblər.

“Ford”un sürücüsü, Gəncə şəhər sakini, 1947-ci il təvəllüdlü Məmmədov Saleh Əziz oğlu isə ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***

saat 10:39

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın Tovuz rayonunda baş verən yol qəzasında yanaraq ölən şəxslərin hərbçi olduqları məlum olub.

APA-nın məlumatına görə, “Mercedes” markalı avtomobildə yanaraq ölən şəxslərin hərbçi olduğu təsdiqlənsə də, onların şəxsiyyəti hələlik açıqlanmır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, yaxın saatlarda yol qəzasında həlak olan hərbçilərin adları açıqlanacaq.

***

saat 09.49

Bakı – APA. Tovuz rayonunda dəhşətli yol qəzası baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu, Aşağı Ayıblı kəndində “Ford” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Toqquşma nəticəsində yanğın baş verib, minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın kəşfiyyatı zamanı “Mercedes”də olan sürücünün və sərnişinin meyiti aşkar olunub. Digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR