Sabunçu-Zabrat yolunda iki avtomobil toqquşub, yaralananlar var - FOTO - VİDEO

Sabunçu-Zabrat yolunda iki avtomobil toqquşub, yaralananlar var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 28 oktyabr 2013 19:36 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Sabunçu-Zabrat yolunda ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, 10 RZ 296 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobil ilə 90 KR 128 nömrəli "Daewoo Nexia" avtomobili toqquşub. Zərbədən avtomobillər yol kənarına sürüklənib.

Qəza nəticəsində hər iki sürücü ağır bədən xəsarətləri alıb. Yaralılar 3 nömrəli Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Rəhman Kərimovun APA-yə verdiyi məlumata görə, qəza hərəkətin intensiv vaxtı baş verdiyindən magistral yolda sıxlıq yaranıb. Elə bu səbəbdən Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunaraq yolu açmağa çalışıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR