“Neftçi” və “Qəbələ” avrokuboklarda fərqli səbətlərdə qərarlaşacaq

“Neftçi” və “Qəbələ” avrokuboklarda fərqli səbətlərdə qərarlaşacaq
# 23 may 2014 14:50 (UTC +04:00)

Bakı – APA. Azərbaycan kubokunun finalının nəticəsi “Neftçi” ilə “Qəbələ”nin Avropa Liqasına hansı mərhələdən başlamasına və püşk zamanı düşəcəyi səbətə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, qalib gələn “Neftçi” II təsnifat mərhələsində oynamaq hüququ qazanıb.

Reytinqi yüksək olduğundan paytaxt təmsilçisi səpələnmişlər sırasındadır. I təsnifat mərhələsində oynayacaq “Qəbələ” isə səpələnməmişlər sırasına düşüb. Bu mərhələdə oynayacaq “İnter” isə güclülər arasında olacaq.

I təsnifat mərhələsinin 78 komandası hərəsində 39 iştirakçı olmaqla 2 səbətə bölünüb. Onlardan çoxunun adı dəqiqləşdiyindən klublarımızın potensial rəqiblərinin böyük qismi bilinir. II təsnifat mərhələsindəki 80 klubdan 39-u 1-ci turu keçənlər olacaq. Bu üzdən hələlik “Neftçi”nin rəqiblərindən yalnız bəziləri bəllidir.

Qeyd edək ki, Avropa Liqasının ilk 2 təsnifat mərhələsinin püşkü iyunun 23-də atılacaq. “Qəbələ” və “İnter” iyulun 3 və 10-da keçiriləcək I, “Neftçi” isə 17 və 24-də baş tutacaq II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

I təsnifat mərhələsi

Səpələnmişlər

“Hoqesund”, “Rusenborq”, “Tromse” (hamısı Norveç), “Liteks”, “Botev” (hər ikisi Bolqarıstan), “Ekranas” (Litva), “Hafnarfyordur” (İslandiya), “Höteborq” (İsveç), “Şaxtyor” (Qazaxıstan), “Differdanj”, “Jeness” (hər ikisi Lüksemburq), “Linfild” (Şimali İrlandiya), “İNTER” (AZƏRBAYCAN), “Pünik” (Ermənistan), “Jelezniçar”, “Şiroki Briyeq” (hər ikisi Bosniya və Hersoqovina), “Honka” (Finlandiya), “Sliqo Rovers” (İrlandiya), “Birkirkara” (Malta), “Vaduts” (Lixtenşteyn), “Brommapoykarna” (İsveç), “Banqor” (Uels), “Zimbru” (Moldova), “MüPA” (Finlandiya), “Rudar” (Sloveniya), “Metallurq” (Makedoniya), “Çixura” (Gürcüstan), “Nomme Kalyu” (Estoniya), “Dauqava” (Dauqavpils, Latviya), “Kukesi” (Albaniya), “Spartak” (Slovakiya), “Split” (Xorvatiya), “Aberdin” (Şotlandiya), Macarıstanın 2, Serbiya, Bosniya və Hersoqovinanın hərəsinin 1 təmsilçisi

Səpələnməmişlər

“Şkendiya” (Makedoniya), “QƏBƏLƏ” (AZƏRBAYCAN), “Fola” (Lüksemburq), “Qlenavon”, “Kruzaders” (hər ikisi Şimali İrlandiya), “Veris” (Moldova), “Şirak”, “Mika” (hər ikisi Ermənistan), “Sioni” (Gürcüstan), “Hibernian”, “Slima” (hər ikisi Malta), “Styarnan”, “Fram” (hər ikisi İslanidya), “Astana”, “Kayrat” (hər ikisi Qazaxıstan), “Vikinqur”, “Torshavn”, “Fulafyordur” (hamısı Farer adaları), “Derri”, “Dandalk” (hər ikisi İrlandiya), “Laçi” (Albaniya), “Vaasa” (Finlandiya), “Airbus”, “Aberisvit” (hər ikisi Uels), “Banqa”, “Atlantas” (hər ikisi Litva), “Yelqava”, “Dauqava” (Riqa, hər ikisi Latviya), “Kalev”, “Santos” (Estoniya), “Libertas” (San-Marino), “Kollec” (Cəbəllütariq), “Santa Koloma” (Andorra), “Turnovo” (Makedoniya), Andotta, Monteneqro, San-Matino təmsilçiləri

Qeyri-müəyyənlər

“Flyamurtari” (Albaniya), “Tiraspol” (Moldova), Monteneqronun 2 təmsilçisi

II təsnifat mərhələsi

Səpələnmişlər

“Hapoel” (Təl-Əviv, İsrail), “Esbyerq” (Danimarka), “Elfsbprq”, AİK, “Höteborq” (hamısı İsveç), “Dinamo” (Rumıniya), “NEFTÇİ” (AZƏRBAYCAN), “Zulte Varegem” (Belçika), “Krasnodar” (Rusiya), “Omoniya” (Kipr), “Lütsern” (İsveçrə), MOİK (Bolqarıstan), “Qroningen” (Hollandiya), “Asteras” (Yunanıstan), “Motervell” (Şotalandiya), “Zarya” (Ukrayna), “Molde” (Norveç), “Hayduk”, “Riyeka” (hər ikisi Xorvatiya), “Mlada Boleslav” (Çexiya), “Əskişəhərspor” (Türkiyə), “Petrolul” (Rumıniya), “Voyvodina” (Serbiya), “Dinamo” (Belarus), “Sankt Polten”, “Qrodiq” (hər ikisi Avstriya), “Zestafoni” (Gürcüstan)

Səpələnməmişlər

“Sent Conston” (Şotlandiya), “Neman” (Belarus), “Koşitse” (Slovakiya), “Zavişa” (Polşa), “Rovaniemi” (Finlandiya), “Nova Qoritsa” (Sloveniya)

Qeyri-müəyyənlər

“Şaxtyor” (Belarus) “Hapoel" (Beyer-Şeva, İsrail),

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR