Şəkidə “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirilib - VİDEO

Şəkidə “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirilib - <span style="color: red;">VİDEO
# 12 may 2014 16:19 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda nəzəri və praktiki maarifləndirmə tədbiri keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyi (FHN) Şimal-qərb Regional Mərkəzinin əməkdaşlarının təşəbbüsü və təşkilatçılığı ilə Şəki şəhər 20 saylı orta məktəbdə təşkil olunan tədbirdə Şəki şəhər Təhsil Şöbəsinin, rayonun müvafiq idarə və müəssisələrinin əməkdaşları, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirin nəzəri hissəsində FHN Şimal-qərb Regional Mərkəzinin əməkdaşları müəllim və şagirdlərə təbii və texnogen mənşəli fövqəladə hallardan necə qorunmağı, hadisələr zamanı özünə və digərlərinə necə kömək etməyi, ilkin tibbi yardım göstərməyin yolları barədə ətraflı məlumat verib. Eyni zamanda baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması haqqında biliklərin aşılanması, fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi barədə də müəllim və şagirdlər məlumatlandırılıb. Regional Mərkəzin əməkdaşları dinləyicilərə “Fövqəladə hal anlayışı”, “Mülki müdafiə”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “Fövqəladə hallar zamanı əhalinin təxliyə olunması” mövzuları barədə ətraflı məlumat verib.

Tədbirin praktiki hissəsində isə müəllim və şagirdlər, texniki işçilər zəlzələ zamanı davranış qaydaları haqqında geniş təlimatlandırılıb. Məktəb binasında şərti zəlzələ həyəcanı verilib. Müəllim və şagirdlər binadan təhlükəsiz yerə təxliyə olunduqdan sonra baş verən yanğın söndürülüb, binada xəsarət alanlar xilas edilərək həkimə çatdırılıb. Eyni zamanda binanın ikinci mərtəbəsində xəsarət alan məktəblilər xilasedicilər tərəfindən təhlükəsiz şəraitdə xüsusi qurğular vasitəsilə təxliyə olunaraq həkimlərə təhvil verilib.

FHN Şimal-qərb Regional Mərkəzinin və rayon təhsil şöbəsinin əməkdaşları müəllim və şagirdlərin davranış qaydalarına, binadan təxliyəsinə baxıb və ümumilikdə məktəb kollektivinin baş verə biləcək hadisələrə necə hazır olduğunu müəyyənləşdirib. Təxliyə zamanı buraxılan səhvlər izah olunaraq kollektivə düzgün təxliyə qaydaları izah edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR